BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz keçirilən məclisdə silahlı insident nəticəsində 5 nəfər yaralandı

ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib.

 

Pravda.az “New York Post”a istinadən xəbər verir ki, Bruklin rayonunda yerli vaxtla təxminən saat 04:00-da qeydə alınan hadisə zamanı 5 nəfər (24-49 yaş arasında dörd kişi və 23 yaşlı qadın) yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Polis əməkdaşı Maykl Kemper ziyafətdə atışmanın mübahisə səbəbindən baş verdiyi bildirib: “Atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyib. Silahlı insident tərəflər arasında küçədə də davam edib”.

 

APA

Tarix: 14 Mart 2021, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin