BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kaş mübahisə peşəkarlıq məsələləri ilə ölçülsün” - Jurnalist

“Ordumuz o əraziləri ona görə işğaldan azad edib ki, hər kəs gedə bilsin. Hər kəs getmək istəyir və hər kəsin də haqqıdır. Bir-birinizi ittiham etməyin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Seymur Kazımov deyib.

 

“İnformasiya siyasətindən razıyammı? Xeyr, çünki bundan ən çox ziyan çəkən elə mən olmuşam. Hətta 1 dəfə adım siyahıya salındı, sonra da çıxarıldı. Dedilər ki, avtobusda yer olmayıb. Əlqərəz, sonra getdim də, yazdım da, çəkdim də. İlk dəfə ötən ilin noyabrında olmuşam Ağdamda, hətta bir çoxunun olmadığı tərəflərinə də getmişəm. 3 dildə 2 material (fotolarla) hazırlamışam, yəni işimi görmüşəm. Arzu edənlərə messenger-ə göndərə bilərəm. Səfərə ilk dəfə qatılan həmkarlarımın və vətəndaş cəmiyyəti nümayəndələrinin təəssüratlarını oxumaq çox maraqlı olardı. Kaş, mübahisə peşəkarlıq məsələləri ilə ölçülsün... Unutmayın, o torpaqlar bu xalqındır və şəhidlərimizin, qazilərimizin o torpaqlara düşən qanı və əzaları hesabına geri qayıdıb” – S.Kazımov qeyd edib.

Tarix: 14 Mart 2021, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin