BURADA REKLAMINIZ OLA
BİLƏR

“Belə qızın kişi ailə üzvü ən yaramaz adamla mübahisə edərsə, məğlub ayrılacaq”

“Kürdəxanı təcridxanasında 60-dan çox yaşı olan bir dustaqla tanış olmuşdum. Öz qızını öldürmüşdü.  Qızı narkotik aludəçisi olan ərindən boşanıb və “gəzməyə” başlayıb. Kişi taksi sürücüsü idi. Bir gün bir sərnişin minib maşına, onu aparanda səki ilə evə gedən qızını görüb. Sərnişin də qızı tanıyıb, amma sürücünün qızı olduğunu bilməyib. Qayıdıb ki, bu da ərindən boşanandan sonra ... Sərnişini düşürəndən sonra evə gəlib, qızından hərəkətlərinə son qoymasını istəyib. Qızı da “özüm bilərəm” tipində cavab verib və cinayət törənib. Söhbətin bəzi məqamlarından hiss edirdim ki, qızının davranışından əvvəl də xəbəri olub. Məsələn, o sərnişinin dediyini dinməz-söyləməz udmuşdu. Halbuki bilməsəydi, başqa reaksiya verməli idi. Amma dünyaya gətirdiyin adamı öldürmək də asan deyil. Sevdiyin adamı öldürmək asan deyil. O kişinin də övladlarını sevdiyinə şübhə etmirdim, sakit, ailəcanlı, zəhmətkeş adam idi. Sərnişin o sözü alnının ortasına (danışıq dilində desək, lobuna) çaxmasaydı, hər şey başqa cür ola bilərdi. Bəlkə də qızını biri alardı, nikahla, ya kəbinlə ikinci arvad kimi. Ata da türmədə ölmək ehtimalı ilə üzləşməzdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının üzvü, başqanlığa sabiq namizəd Yadigar Sadıqlı deyib.

 

““Mən kimsənin namusu deyiləm” demək asandır. Amma cəmiyyətdə qaydalar başqadır. Bir çox hallarda kişilər də bu qaydaların basqısı altında hərəkət edirlər, onlar da bu qaydaların qurbanı olurlar. Qızın özü üçün bəlkə də asandır. Hara getsə, - bazara, mağazaya, ustaya, -  ağızlarının suyu axa-axa qulluq edəcəklər, ondan qabaq gələn müəllimədən əvvəl xidmət göstərəcəklər, xoşuna gəlmək üçün şit-şit danışacaqlar, bəlkə pul da almayacaqlar. Kişilərdə başqadır.  Kimisi danışdığım haldakı kimi bilmədən ağzından “quşlayır”, kimisi bilərəkdən başına qaxınc edir. Belə qızın, qadının kişi ailə üzvü ən axırıncı, ən yaramaz adamla, ən haqlı olduğu durumda mübahisə edərsə, axırda məğlub ayrılacaq, çünki o qaxıncın qarşısında söz tapmayacaq. Mübahisənin şahidi olan adamlar da o yaramazın tərəfində olacaq. Hələ kasıb adam olsa, lap pis, gedən-gələn, dərisi beş qəpik etməz adamlar ayaqlarını siləcəklər. Zənginlə belə davranmırlar. Yazdığım analoji qətllərə dəstək deyil, cəmiyyətdəki vəziyyətin təsbitidir.  Bu cəmiyyətdə kişilər də azad deyil” – Y.Sadıqov bildirib.

Tarix: 14 Mart 2021, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin