BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar istefasını tələb edənlərə cavab verdi

Xəbər verdiyimiz kimi bu gün Xalq yazıçısı Anarın doğum gündür.

 

Anar doğum günüylə bağlı təəssüratlarını bölüşüb:

 

"Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə də təmtəraqlı qeyd etmirəm. Həftəsonu olduğu üçün ailəmlə birlikdə Lənkərana istirahətə gəlmişik. Hər şey qaydasındadır".

 

Yazıçı zamanla onun istefasını tələb edən adamlara da səslənib:

 

"Növbəti yaşımın tamam olmasının kimisə narahat etməsinin mənim üçün heç bir fərqi yoxdur. Təki o adamlar öz içlərində narahat olsunlar, amma məni narahat etməsinlər".

 

Moderator.az

Tarix: 14 Mart 2021, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin