BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qayınata ilə kürəkən əlbəyaxa oldu, hər ikisi xəstəxanaya yerləşdirildi

Bakının Sabunçu rayonunda keçmiş qohumlar arasında mübahisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Elşən Mehdiyev küçəsində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Cəfərov Namiq Mədət oğlu keçmiş kürəkəni, 1989-cu il təvəllüdlü Mahmudov Elgün Rüstəm oğlu ilə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı N.Cəfərov keçmiş kürəkənini döyərək ağır xəsarət yetirib.

 

Dava zamanı xəsarət alan hər iki şəxs 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralılara başın əzilmiş-cırılmış yaraları diaqnozu qoyulub.

 

İlkin məlumata görə, mübahisə aliment məsələsi üstündə yaranıb.Hadisənin təfərrüatı araşdırılır.APA

Tarix: 13 Yanvar 2020, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin