BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən Mehman Hüseynovla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:

 

"Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

 

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.

Tarix: 15 Mart 2021, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin