Reklam

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilir.

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-İsveç ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Tarix: 15 Mart 2021, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin