BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO

Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Pravda.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - o bildirib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb. Xeyli çəki itirən Z.Abdullayevanın durumu son günlər daha da ağırlaşıb.

Fotoları təqdim edirik
Tarix: 15 Mart 2021, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin