BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Lvov reysi baş tutdu - YENİLƏNDİ

"Buta Airways"in Bakı-Lvov reysi baş tutub.


Pravda.az-ın xəbərinə görə, bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.



O bildirib ki, Bu gün Bakıdan Lvova (Ukrayna) uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə yenisi ilə əvəz olunub. 



Xatırladaq ki, Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.



Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.



Ümumilikdə 1,5 saat ərzində problemin aradan qaldırılmasına cəhdlər olunsa da, heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin başqa təyyarəyə köçürülmələri qərara alınıb.

***

 

08:19

 

 

 

 

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

 

Pravda.az-ın xəbərinə görə, "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

 

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.Report

Tarix: 13 Yanvar 2020, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin