BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayevin həbsdə intihar etməsi iddialarına DTX-dan CAVAB

Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

 

Yayılan şayiələrə aydınlıq gətirmək üçün Musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.

 

DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

 

Tarix: 15 Mart 2021, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin