BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Böyük quruculuq işlərinə başlanılıb”

"Bu gün Füzuli-Hadrut yolunun təməlini qoyacam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır".

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bildirib.

 

Dövlət başçısı bildirib ki, bu, birinci layihə deyil: "Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş ərazilərin bərpasına başlanılıb. Füzulidən Şuşaya yol, Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Bir sözlə, müharibədən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə başlanılıb".

Tarix: 15 Mart 2021, 23:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin