BURADA REKLAMINIZ OLA
BİLƏR

İraqda hərbi bazaya raket atıldı, hərbçilər xəsarət aldı

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hərbi mənbədən məlumat verilib.

 

Atəş zamanı 4 İraq hərbçisinin yaralandığı bildirilib.

 

Qeyd edilib ki, ABŞ hərbi kontingentinin də olduğu "Balad" hərbi bazasına naməlum mənbədən alınan “Katyusha” qurğularından 5 raket atılıb. Yaralananlardan 2-si zabitdir.

 

Tarix: 13 Yanvar 2020, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin