Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
Milli Məclisin deputatları Prezidentin Xocavənd səfərini şərh ediblər. Parlamentin üzvləri bu səfəri yerli və dünya ictimaiyyətinə mesaj kimi qiymətləndiriblər.
Deputat Fazil Mustafa Pravda.az-a açıqlamasında bildirib ki, bu səfərlər insanların doğma torpaqlara qayıdış ruhunu yüksəldir:

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara səfərini yüksək qiymətləndirirəm. Prezident hər dəfə səfərləri zamanı dünya ictimaiyyətinə və Azərbaycan xalqına müxtəlif mesajlar verir və ölkənin əsas strateji kursu, addımları orada ifadə edilir. Cənab Prezident birbaşa olaraq mesaj verir ki, əhalimizin öz doğma yurd-yuvalarına qayıtması üçün ərazilərimizi ən yüksək səviyyədə və sürətlə bərpa edəcəyik . Məhz bu baxımdan, səfərlər həm də insanların torpaqlarımıza qayıdış ruhunu qaldırır, məsələnin əsas motivasiyaedici tərəfi budur. Qısacası, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bu qədər dəyər verməsi çox əhəmiyyətlidir, çünki insanların bu bölgə ilə bağlı münasibətləri daha da ciddiləşir və ora qayıdış istəyi artmağa başlayır”.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Prezident mərdlik və igidliklə azad olunan torpaqlarımızı daim nəzarətdə saxlayır və səfərləri ilə əhalimizə sanki çağırış edir: “Müharibə bitəndən sonra Cənab Prezident artıq neçənci dəfədir ki, işğaldan azad olunan ərazilərimizə ailəsi ilə birgə səfər edir. Bu, bütün xarici dövlətlərə, həmçinin işğalçı düşmənə mesajdır ki, bura bizim dədə-baba torpaqlarımızdır, biz gəlmişik - torpağın sahibləri qayıdıb. Üstəlik, bu səfərlər təkcə xarici auditoriyaya deyil, eyni zamanda Azərbaycan daxilindəki vəzifəli, vəzifəsiz bütün iş adamlarına, məmurlara xəbərdarlıqdır ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri böyük sürətlə və yüksək səviyyədə görüləcək, o cümlədən bütün görülən işlər də Prezidentin nəzarətindədir”.

Elman Məmmədovun sözlərinə görə, daha vacib məsələ odur ki, bu səfərlər bütün əhalidə ruh yüksəkliyi yaradır: “Prezidentimiz mərdlik və igidliklə azad olunmuş torpaqlarımızı daim nəzarətdə saxlayır və səfərlər vasitəsilə sanki əhalimizə çağırış edir. Təbii ki, torpaqlarımıza qayıtmaq üçün hər kəs hazırdır, sadəcə olaraq, təhlükəsizlik məsələrinə ciddi əməl olunmalıdır. Cənab Prezident hər biri səfəri bütün dünyaya bəyan edir ki, biz torpaqlarımızın sahibiyik və vaxtı gələndə böyük qayıdış başlayacaq. Əgər erməninin iddia etdiyi kimi torpaqlar onun idisə, niyə torpaqlara bu 30 il ərzində 30 milyondan çox partlayıcı basdırıb?! Bu torpaqlar heç vaxt erməninin olmayıb, əbədi olaraq Azərbaycan xalqınındır. Onlar bizim torpaqlarda müvəqqəti olduqlarını bildikləri üçün belə murdarlıqlarla məşğul olublar. Prezident İlham Əliyev bütün səfərləri zamanı bu fikirləri bəyan edir”.
Nəzrin Cavid
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin