BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə motivasiyaedici çıxışları xüsusi əhəmiyyət kəsb edir”

“Prezident İlham Əliyevin və ailə üzvlərinin işğaldan azad edilən ərazilərə səfərlərinin həm də təbliğat xarakteri daşıdığını və dünya ictimai rəyinə lazımi məlumatları ötürdüyünü deyə bilərik. Belə səfərlərin davamlı olması Azərbaycan xalqına milli ruhu aşılamaqla yanaşı, Qarabağa böyük qayıdış siyasətinin təməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoluqun fikrincə, Prezidentin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini göstərir: “Azərbaycan dövləti böyük qayıdışın reallaşması üçün lazım olan təşkilati və digər tədbirləri həyata keçirir. Bu məsələdə Prezident və onun ailə üzvləri önəmli rol oynayırlar. Onlar bu bölgələri bir-bir gəzməklə, bu bölgələrdə müəyyən bərpa işlərinin təməlqoymasında iştirak etməklə həm Azərbaycan xalqına, həm də bütün dünyaya mesaj verirlər ki, bizim xalqımız azad edilmiş rayonların abadlaşdırılması, öz torpaqlarından didərgin salınmış insanların bölgəyə qayıtması üçün lazım olan bütün səylərini həyata keçirir. Ölkə Prezidentinin davranışları, motivasiyaedici çıxışları da, sözsüz ki, xüsusi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Prezident Xocavənd rayonuna səfəri zamanı orada dağıdılmış Azərbaycan kəndləri haqda məlumat verdi. Beləliklə, Pezidentin səfərlərinin həm də təbliğat xarakteri daşıdığını və dünya ictimai rəyinə lazımi məlumatları ötürdüyü deyə bilərik”.

 

Qeyd: Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

 

Nəzrin Cavid

Tarix: 16 Mart 2021, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin