BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfv sərəncamının imzalanacağı tarix açıqlandı

Sabah Prezident Yanında Əfv Məsələləri Komissiyas özünün son iclasını keçirəcək.

 

Bu barədə komissiyadan bildirilib.

 

Məlumata görə, iclasda müraciətlərə baxılacaq və yekun siyahı ölkə başçısına göndəriləcək.

 

Təxminən 1500 nəfərə yaxın müraciətə baxan komissiya üzvləri onların əksəriyyətinə müsbət cavab verib.

 

Məlumatda o da qeyd olunur ki, martın 18-də Prezident tərəfindən əfv sərəncamı imzalancaq.

 

Siyasi məhbuslardan kimin siyahıya daxil olmasına gəlincə, bildirilib ki, bu kateqoriyadan olan şəxslərin adı əfv imzalanan günü müəyyən olunduğundan komissiya üzvləri bu barədə məlumatsızdır.

 

Gununsesi.info

Tarix: 16 Mart 2021, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin