BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaradıcı adamları cəhalət adlı linç maşınının ağzına atan ictimai-siyasi mühit olmamalıdır”

"Ölkədə yaradıcı adamlar üçün “yaşanılabilir mühit” olmayanda "beyin köçü", "işgüzar enerji" köçü başlayır. Bir də baxıb görürsən ki, ölkədə ictimai rəyi cəhalət işğal edib. Heç bir sahədə işləməyə peşəkar kadr tapa bilmirsən. "Yaşanılabilir mühit" təkcə yüksək maddi təminat deyil. İnsanın özünün və övladlarının mənəvi-mədəni inkişafı üçün şərtlər olmalıdır, şəxsi və mülkiyyət üçün təhlükəsizlik, qanunun alililyi ən üst səviyyədə təmin edilməlidir, yaradıcı adamları hər addımda cəhalət adlı linç maşınının ağzına atan ictimai-siyasi mühit olmamalıdır, yaradıcılıq, siyasi (seçib-seçilmək) və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilməlidir, ölkənin resurslarından yalnız kiçik bir imtiyazlı qrupun bəhrələnmək imkanı olmamalıdır..."

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

 

“Polşanın nüfuzlu iqtisadçı alimi, 5 ilə yaxın ölkənin maliyyə naziri vəzifəsini tutmuş Qjeqoj Kolodkonun "Dünya hərəkətdə" kitabında intellektual miqrasiyanın 3-cü dünya ölkələri üçün nə qədər faciəvi miqyas aldığı barədə statistikanı görəndə problemin kəskinliyini daha dərindən hiss elədim. Ali təhsilli şəxslərin Yamaykada 81%-i, Haitidə 79%-i, Anqolada 57%-i, Tanzaniyada 41%-i ölkədən baş götürüb qaçıb. Böyük Britaniya təkcə 1 il ərzində yalnız Afrika qitəsindən emiqrasiya etmiş həkim personalına açdığı iş vizasının sayı 10 min nəfəri ötüb... Əslində normal statistika olsa, son 25 ildə Azərbaycandan da təhsillilərin köçünün miqyasının kiçik olmadığını görmək olar” – R.Ağayev qeyd edib.

Tarix: 16 Mart 2021, 19:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin