BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sərtləşdirilmə tətbiq olunması faydalı olacaq”

“Qısa müddətlik olsa belə, nisbətən sərtləşdirilmə tətbiq olunması faydalı olacaq”.

 

Bunu Pravda.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.

 

O bildirib ki, hazırki epidemioloji göstəriciləri nəzərə alaraq müəyyən məhdudiyyətlərin tətbiq edilməsi yaxşı olardı: “Çünki yoluxma sayı hər gün artır və belə gedərsə, yenə xəstəxanalar dolacaq, təcili tibbi yardım xidmətləri yüklənəcək, laboratoriyaların işi ağırlaşacaq. İki-üç gündür artıq ambulator olaraq müraciət edən xəstələrin sayında da artım müşahidə edilir”. 

 

İnfeksionist:

 

İnfeksionistin sözlərinə görə, bu gün də yoluxmanın sayı 1000-i keçərsə, karantin rejimi nisbətən sərtləşdirilməlidir: “Çünki insanlar qaydalara riayət etmirlər, kafe restoranlar doludur, maska taxmayan insanlar həddən artıq çoxdur”.

Tarix: 17 Mart 2021, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin