BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident bu şəxslərə yeni vəzifə verdi - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Tarix: 17 Mart 2021, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin