BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden: “Putin buna görə cavab verəcək”

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə sərt xəbərdarlıq edib.

 

Pravda.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ lideri Moskvanın 2020-ci il prezident seçkilərinə müdaxiləsini təsdiq olunmuş fakt kimi təqdim edib.

 

“Putin ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab verəcək”- deyə o söyləyib.

 

“Reuters” agentliyi isə Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, Co Bayden yaxın ətrafına Putini “qatil” hesab etdiyini deyib. Hazırda Moskvaya qarşı yeni sanksiyalar hazırlanır.

 

Co Baydenin sərt çıxşı fonunda rus rublu dollara qarşı ucuzlaşmağa başlayıb.


 

Tarix: 17 Mart 2021, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin