BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur iş adamı saxlanıldı

Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.

 

Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

 

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.

 

Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.

Tarix: 17 Mart 2021, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin