Reklam

Daha bir hərbçinin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 

Pravda.az-ın məlumatına görə, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal  Elşən oğludur.

 

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

 

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

 

APA

Tarix: 17 Mart 2021, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin