BURADA REKLAMINIZ OLA
BİLƏR

"Eldar Əzizov nəfsinə qalib gələ bilməyən sabiq nazirlə dostluğunu qanunlardan üstün tutur"

"Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Kommunal Xidmətlər Müəssisəsi” nəqliyyat və xüsusi texnikaların 1 milyon manata yaxın məbləğdə satınalınması müsabiqəsinin qalibi "Improtex Trucks and Buses” MMC olub. 914 min 302 manat 70 qəpik məbləğə 2 ədəd məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq. 2020-ci ildə də bu şirkət Bakı şəhəri Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat məbləğində iki müqavilə imzalamışdır. Sonralar tender qaydaları pozulduğuna görə Antiinhisar Xidməti nəticəni ləğv etmişdi. "Improtex Trucks and Buses” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aiddir. Görünür Bakı İcra Hakimiyyətinin başçısı Eldar Əzizov nəfsinə qalib gələ bilməyən sabiq nazirlə dostluğunu qanunlardan üstün tutur".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

 

"Ölkədə keçirilən bütün tenderlərdə şəffaflıq təmin edilməyincə korrupsiyaya qarşı hansısa mübarizədən danışmaq yersizdir. Tək göstərdiyim hadisə Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırma predmeti olmalıdır" - A.İsmayılov qeyd edib.

Tarix: 17 Mart 2021, 23:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin