BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Axundov vəfat etdi - FOTO

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.

 

Pravda.az-ın məlumatına görə, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

 

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər  “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

 

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan “Azərbaycan və Moskva Araz Axundovun gözü ilə” adlı  ilk şəxsi sərgisi keçirilib.

 

APA

Fotoları təqdim edirik
Tarix: 18 Mart 2021, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin