Reklam

“Ağ çiçəyim”də kütləvi dava – Bir nəfərin burnu sındırıldı

Bakıda şadlıq sarayında kütləvi dava baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Yasamal rayonunda yerləşən “Ağ çiçəyim” şadlıq evində qeydə alınıb.

 

Toy mərasimində iştirak edən qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib.

 

Nəticədə, iki nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə zamanı R.Məmmədovun burnu sınıb. Faktla bağlı araşdırma aparılır.Oxu.az

Tarix: 13 Yanvar 2020, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin