BURADA REKLAMINIZ OLA
BİLƏR

“SMS icazə sisteminin tətbiqinə başlamalıyıq”

“Sutka ərzində koronavirusa yoluxma sayının 1000-ə yaxın qeydə alınması çoxdur. Fikrimcə, artıq karantin rejimi çərçivəsində “SMS-icazə” sisteminin tətbiqinə başlamalıyıq”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova bildirib.

 

Həkim infeksionist qeyd edib ki, ümumiyyətlə sutka ərzində təxminən 1000 nəfər yoluxmanın qeydə alınması epidemioloji cəhətdən yüksək rəqəmdir: “Britaniya ştammının yayılma sürəti isə daha çoxdur. Burada xəstəliyin həm insanlar arasında yayılması, həm də klinika sürətlə gedir”.

 

Könül Cəfərova hesab edir ki, əgər tədris müəssisələri açılmasaydı, yoluxma sayındakı artım bu qədər yüksək olmazdı.

 

“Nəzərə almaq lazımdır ki, hər yoluxmuş insan da digərlərinin yoluxmasına səbəb olur, beləliklə xəstəlik yayılır. “SMS-icazə” sisteminin tətbiqinə başlanılsa, Britaniya ştammının da insanlar arasında sürətlə yayılmasının qarşısını ala bilərik”, deyə infeksionist əlavə edib.

 

Qeyd: Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib və artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2021, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin