BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baydenin xoşməramlı məktubu Azərbaycan-ABŞ münasibətlərinin daha geniş formatda inkişafına zəmin yaradır”

“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd etdiyi bütün məqamlara Amerikanın  həmsədr dövlət kimi hər zaman riayət edəcəyinə ümid edirəm. İndi ABŞ artıq bir sıra məsələlərə 44 günlük Vətən Müharibəsindən əvvəlki kimi deyil, tamamilə başqa prizmadan - reallıq, səmimiyyət və regiondaki vəziyyəti düzgün qiymətləndirərək yanaşmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Elman Məmmədov bildirib.

 

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevə bu məzmunda xoşməramlı məktubun göndərilməsi Azərbaycanın regionda sözü, nüfuzu və əhəmiyyəti olan bir dövlət kimi dəyərləndirilməsinə işarədir: “Eyni zamanda, ABŞ-Azərbaycan əməkdaşlığı üçün geniş imkanların açılması, regionda sülhün stabil olaraq qorunub saxlanılmasına çağırış deməkdir. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, biz təkcə Ermənistanla Azərbaycan arasında deyil, ümumiyyətlə, regionda qarşılıqlı şəkildə stabil və dayanıqlı sülhün tərəfdarıyıq və bütün fəaliyyətimizlə buna çalışırıq. Cənab Baydenin məktubunda da bu fikirlər öz əksini tapıb. Bu xoşməramlı göndəriş Azərbaycan-ABŞ münasibətlərinin daha geniş formatda inkişafına zəmin yaradır”.

 

Qeyd: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2021, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin