BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunan müəllimlərin sayı açıqlandı

“Təhsil işçiləri üçün təşkil edilmiş 10 xüsusi mərkəzdə aparılmış vaksinasiya nəticəsində mart ayının 12-nə olan məlumata görə, 40 min 786 təhsil işçisi peyvənd olunub”.

 

Pravda.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, artıq bu rəqəm 45 min nəfərə çatıb.

 

“Təhsil sahəsində çalışan 50 yaşdan yuxarı həmkarlarımız vaksinasiyadan keçib. Müəllimlərin bu prosesdə iştirakı məktəblərin davamlı fəaliyyəti üçün vacibdir. Mən istərdim ki, məktəbdə işləyən hər kəs öz məsuliyyətini daşa düşsün”.

Tarix: 18 Mart 2021, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin