BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə itkin düşən qızı sevgilisi öldürübmüş - DƏHŞƏT

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb. 

Pravda.az-ın məlumatına görə, onu sevgilisi, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov qısqanclıq zəminində boğaraq öldürüb və zibillikdə gizlədib. Qətlin təxminən bir ay əvvəl törədildiyi üçün meyit eroziyaya uğrayıb.

Qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov saxlanılıb. İstintaq davam etdirilir.

Tarix: 18 Mart 2021, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin