BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev prospektində maksimal sürət həddində DƏYİŞİKLİK

Bakının Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Pravda.az-a verilən məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

 

Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik.

Tarix: 13 Yanvar 2020, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin