BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərəblər Azərbaycanda qanunsuz ov edir, quşa işgəncə verir, ETSN-nin işçisi də onlara şərait yaradır – ŞOK VİDEO

Ərəblər Azərbaycanda, Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə qanunsuz ov edir, göyərçinə işgəncə verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı da onlara şərait yaradır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ekoaktivist Cavid Qara məlumat yayıb.

 

C.Qara bildirib ki, ərəblər ərazidə düşərgə qurublar: “Burada ceyranlar var. Ona görə də çobanlara ov tüfəngi saxlamağa belə, icazə vermirlər. Yerli sakinləri qoxutmaq üçün şayiə yayıblar ki, guya ölkə rəhbərliyinin qonaqlarıdır, ovu hansısa nazirlik təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri də buraya yaxın gəlməyə qorxurlar. Nazirliyin işçisi bizi gördü, qaçdı. Bəlkə də o deyil, paltarını geyinib. Hər halda dəqiqləşdirəcəyik...”

 

Ekoaktivist qeyd edib ki, ərəblər quşlara işgəncə verirlər: “Göyərçini bağlayıb uçururlar, yerdə sürüyürlər. Quşu canlı öldürməkdən zövq alırlar, bu, barbarlıqdır. Göyərçini ayağı bağlı halda yerə çırpır ki, şahini ovlasın...”

 

 

 

Tarix: 20 Mart 2021, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin