Reklam

Salyan Rayon Polis Şöbəsinin əməkdaşı narkotiklə saxlanılıb? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindəön saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.Unikal.org

Tarix: 13 Yanvar 2020, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin