BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın ABŞ-dakı səfiri Moskvaya qayıdır

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xidməti avtomobili ilə Vaşinqtondakı diplomatik missiyanın ərazisini tərk edib və Nyu-Yorka yola düşüb.

Pravda.az-ın xəbərinə görə, səfir Nyu-Yorkdan məsələhətləşmək üçün Moskvaya yola düşəcək.

Daha əvvəl Rusiyanın ABŞ-dakı diplomatik missiyası Antonovun bu gün təyyarə ilə Moskvaya uçacağı barədə bəyanat yayıb. Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri konsultasiya üçün Moskvaya dəvət olunmayıb.

ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.


Report

Tarix: 20 Mart 2021, 22:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin