BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaydalar bu müddətədək sərtləşdirilir

Yaponiya hökuməti koronavirusun yeni ştamlarının yayılmasının profilaktikası məqsədi ilə ütün ölkələrdən ərazisinə gələnlər üçün giriş qaydalarını sərtləşdirmək niyyətindədir.

 

Pravda.az xəbər verir ki, bu barədə NHK telekanalında müzakirələrin gedişatında səhiyyə, əmək və rifah naziri Norixisa Tamura bildirib.

 

"İndi bizdə koronavirusun yeni ştamlarının aşkar edildiyi bir sıra ölkələrlə bağlı sərtləşdirilmiş giriş qaydaları qüvvədədir. Hazırda bunu bütün ölkəyə yaymaq üzərində düşünürük", - nazir deyib.

 

Söhbət təyyarə ilə uçuşdan əvvəl və aeroportda verilən koronavirus testlərindən başqa, ölkəyə girişdən sonra üç gün ərzində ixtisaslaşdırılmış karantin müəssisəsində məcburi qalmaq qaydalarından gedir.

 

Ölkəyə gələnlər bu prosedurları keçdikdən sonra növbəti koronavirus testi verəcəklər və nəticə mənfi olsa, evə qayıda biləcəklər. Lakin bundan ötrü daha 2 həftə karantində qalacaqlar. Tələblər hazırda 17 ölkədən gələnlərə tətbiq edilir. Bunlar Böyük Britaniya da daxil olmaqla, Macarıstan, Almaniya, İtaliya, Fransa, Çexiya və digərləridir.

 

Tamuranın sözlərinə görə, Yaponiya beləliklə koronavirusun yeni ştamlarının üzə çıxarılmasının effektivliyini artırmaq istəyir.

 

Report

Tarix: 21 Mart 2021, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin