BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalov: “Plyonka və jalüzlərdən istifadə edilməsinə görə inzibati tənbeh tədbiri görülməsin” - TAPŞIRIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayoru Ramiz Zeynalov paytaxtın və respublikanın rayon dövlət yol polisi şöbə, bölmə rəislərinə müraciət ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, telefonoqramda deyilir:

 

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122 – 2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faiz azdan olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Qeyd olunan standartla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məsələsinin aidiyyatı orqanlarda baxılmaq ərəfəsində olmasını nəzərə alaraq, tələb edirəm: Nəqliyyat vasitələrinin arxa və yan şüşələrinə plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin”.

Fotoları təqdim edirik
Tarix: 15 Noyabr 2019, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin