BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçilər narkokartel üzvlərini silah arsenalı ilə yaxaladı

Meksika hərbçiləri təhlükəsizlik qüvvələrinə hücumdan sonra ölkənin qərbindəki Nayarit ştatında "Xalisko - Yeni nəsil" narkokartelinin döyüş qanadının üç üzvünü tutublar.

 

Pravda.az xəbər verir ki, bu barədə bazar günü “Noticias MVS” radiostansiyası bildirib.

 

Hərbçilərin apardığı axtarışların gedişatında saxlanılanlardan RPQ-7 qumbaraatanı, ABŞ istehsalı olan əl qumbaraları, bir neçə pulemyot və iki tüfəng götürülüb. Həbs edilənlərdən biri artıq etiraf edib ki, mütəşəkkil cinayətkar qruplaşmada muzdlu qatil kimi fəaliyyət göstərib.

 

"Xalisko - Yeni nəsil" narkokarteli özünün mövcudluğu haqqında 2010-cu ildə elan edib. Narkokartel hazırda Meksikanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biridir.

 

Report

Tarix: 22 Mart 2021, 01:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin