BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur yazıçı vəfat etdi - FOTO

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

 

Pravda.az xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi.

 

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib.

 

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı “Nobel”in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi.

 

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində ənənvi “qadın sünnəti”nə qarşı kəskin çıxışları ilə tanınırdı.

Fotoları təqdim edirik
Tarix: 22 Mart 2021, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin