BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana bu il gətirilən ən dəyərli mal məlum oldu

Bu ilin yanvar ayında Azərbaycanın dəyər ifadəsində idxal etdiyi ən dəyərli mal - qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid soba olub.

 

Pravda.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat ayında Azərbaycan sözügedən sobalardan 46,698 mln. dollarlıq (79,387 mln. manat) 220 ədəd idxal edib.

 

Qeyd edək ki, bu kateqoriyaya aid sobalar arasında Azərbaycana gətirilən ən dəyərlisi Almaniyadan olub. Ölkə Almaniyadan 46,611 mln. dollarlıq (79,239 mln. manat) qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid bir soba gətirib ki, bu da idxal olunan malların arasında ən bahalı qeydə alınmış məhsuldur.

 

APA

Tarix: 22 Mart 2021, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin