BURADA REKLAMINIZ OLA
BİLƏR

“Britaniya ştammı” haqqında bilmədikləriniz...

Covidin Britaniya ştammı haqqında tirajlanan xəbərlər məni bir daha bu mövzuya qayıtmağa vadar etdi.

 

Covid19 ən uzun RNT genomuna (30 mindən çox aminturşu) malik olduğundan, bu virus sürətli mutasiyaya məruz qala bilməz. Hər ay, onun sələfindən müəyyın genom fərqliliyi göstərən yalnız 2 ştammı əmələ gələ bilər. Hazırda bu cür ştammların sayı 30 olsa da, onların  içərisində xüsusi maraq doğuranı 3 mutant ştammdır:

 

1. VOC202012/01 -Britaniya ştammı (hazırda dünyanın 106 ölkəsinə yayılıb)

 

2. 501.Y. Çənubi Afrikada- CAR-da tapılıb (hazırda dünyanın 56 ölkəsinə yayılmışdır)

 

3.  p.1 ştammı ilk dəfə Brazilya və Yaponyada tapılıb (hazırda Dünyanın 29 ölkəsinə yayılıb)

 

Covid19-un 100-lərlə mutantının olması və ya yaranacağı  haqqında söylənilənlər isə, ilkin olaraq Çinin Uxan şəhərində tapılan ştammdan  nöqtə mutasiyası nəticəsində  əmələ gələn və praktik olaraq  ondan fərqlənməyən  serotiplərdir.

 

Yuxarıda söylədiyim 3 mutant ştammdan daha çox  qorxulu olanının Britaniya ştammı olduğu bildirilir. Hazırda Avropa Birliyi ölkələrində bu ştamm bütün digər ştammları üstəliyərək, ön sıraya çıxmışdır. AB ölkələrində 60-80 min insanın bu ştamma yoluxduğu bildirilir.

 

Xatırlatmaq istəyirəm ki, ciddi genom fərqliliyi olan bütün mutant ştammlar, o cümlədən Britaniya ştammı da, məlum sələfindən bir və ya bir neçə  farmakoloji xüsusiyyəti və ya klinik əlamətinə görə fərqlənə bilər. Məsələn, RO indeksi kəskin yüksək  ola bilər, törətdiyi klinik əlamətlərdən biri daha qabarıq şəkildə özün göstərər, daha uzun müddət davam edə və daha üzücü gedişli ola bilər və s. Lakin letallıq əmsalı heç bir halda xələfindən “mütləq yüksək” ola bilməz. Çünki bütün mutasiyalar virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Kəskin genom fərqliliyi göstərən “aqressiv” mutantın əmələ gəlməsinə isə, ən azı 8-10 il vaxt lazımdır. Düzdür burada müəyyən istisnalar da vardır ki, o da insanları qorxutmamalıdır. Bu mənada həmvətənimiz, hazırda Almaniyada yaşayan, vətənsevər alimimiz, Nuran Abdullayev çox incə məqamlara toxunub. O, xəbərdarlıq edir ki, Britaniya ştammının yoluxdurma risqi 1/3, letallıq əmsalı isə 1,5/3 nisbətində ilkin serotipdən yüksəkdir. Diqqət edin, alim konkret olaraq tədqiqatın aparıldığı yerin Britaniya və mənbənin də Krallığın Dünyada önçül olan nüfuzlu tibb jurnalı olduğunu göstərir. Bu ştammın digər ölkələrə yayıldığı təqdirdə RO indeksi və ya letallıq əmsalının saxlanacağı haqqında heç bir fikir bildirmir. Sadəcə həm alim, həm də vətənsevər bir insan kimi Bizləri xəbərdar edir, perventiv tədbirlərin görülməsi və elmi tədqiqatların aparılmasının zərurət olduğunu bildirir. Biz bunun üçün Nuran müəllimə yalnız təşəkkür etməli və onun potensialından maksimum faydalanmalıyıq. Bu çox düzgün elmi və əsl vətənpərvər alim yanaşmasıdır (mənim zənnimcə bu cür dəyərli vətən övladlarının hazırkı zamanda Azərbaycana dəvət olunması, Covid-lə mübarizənin ön sırasında duraraq, xalqımıza, eləcə də müvafiq Dövlət qurumlarına kömək və dəstək qöstərməsi çox lazımdır).

 

İndi isə bu mülahizəyə rəğmən zəruri bildiyim bir sıra  ara məqamları nəzərinizə çatdırmaq istəyirəm. Diqqət edin:

 

istənilən infeksiya və xəstəliyə yoluxma, dərman müdaxiləsi və orqanizmin bu müdaxiləyə cavab reaksiyasında cinsi, irqi, etnık, milli, coğrafi-ərazi və ekvator xəttinə münasibətdə çox ciddi fərqliliklər mövcuddur (ümumi müalicə protokollarının bütün ölkələrdə gözlənilən effekti verməməsi də bununla əlaqədardır). Yəni bunlar, Qərb ölkələrilə Şərq ölkələrində və ya Şimal qonşu dövlətlər ilə ekvatora yaxın ölkələrdə heç vaxt eyni şəkildə ola bilməz. Bu fərqlilik, xüsusən 11 iqlim qurşağına münasibətdə daha qabarıq şəkildə özünü göstərir. Mənim söylədiklərimi Şərqi Avropa ölkələrindən Avstraliya və Hollandiyada aparılan son klinik tədqiqatlar birbaşa təsdiq edir. Bu tədqiqatlar sübut edir ki, son bir ildə Covid19-dən ölüm faizi, Şərqi Avropa ilə müqayisədə, Qərbi Avropada 9,92 dəfə çox olmuş, xəstəliyin gedişi isə daha uzunmüddətli və üzücü olmuşdur. Məlumdur ki, Böyük Britaniya Şimali-Qərbi Avropada yerləşir və iqlim şərairi viral infeksiyalar üçün əlverişlidir. Müqayisəli təhlil göstərir ki, Britaniya ştammının RO indeksi və letallıq göstəricisi yalnız yaxın qonşularını əhatə etməklə, lokal xarakter daşımalıdır.

 

Mən dəfələrlə demişəm: Covid19-un geniş yayılmasına xidmət edən əksər faktorlar Bizim ölkəmizə yaddır. Hazırda bu infeksiyanın nisbi artımı isə yalnız və yalnız tələb olunan gigienik vərdişlərə əməl olunmaması, xüsusən görüşərkən abnormal ünsiyyət vasitəsi olan öpüşməyin yenidən dəbə güşməsidir. Elementar gigienik tələblərə əməl olunmadığını görmək istəyirsizsə, şəhərimizin mərkəzdən bir az kənar olan yerlərinə, xüsusən kafe, restoran və kababxanalara gedin və ya ictimai nəqliyyatdakı mövcud vəziyyətə fikir verin. Halbuki, mart ayının, xüsusən virus infeksiyasının nisbi artım dövrü olduğunu hamı çox yaxşı bilir. Odur ki, bu ayda gigienik qaydalara daha ciddi əməl olinmalı, kollektiv toplantılardan mütləq mənada çəkinmək lazımdır. Təəssüf də olsa,  Biz bunun ancaq əksini görürük.

 

Unutmayın ki, Covid19-dan qorunma nə tibbin, nə Səhiyyə Nazirliyinin, nə Təbibin, nə də  həkimlərin əlindədir. O, yalnız Sizin öz əlinizdədir. Bunun üçün isə heç  bir şey yox, yalnlz adi gigienik vərdişlərə dönmədən əməl etmək lazımdır.

 

Musa Qəniyev

 

Tibb elmləri doktoru, professor 

Tarix: 22 Mart 2021, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin