BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə dolların bahalaşması Azərbaycana hansı formada təsir edə bilər? - AÇIQLAMA

“Türkiyədən Azərbaycana gətirilən mallar ucuzlaşmalıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda qiymətdüşməsi real olaraq baş vermir”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

 

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya  bazarındakı qiyməti bu il də təkrarlansın

 

Ekpert bildirib ki, Türk lirəsi dollara nisbətən ucuzlaşıbsa, mahiyyət etibarilə oradan Azərbaycana gətirilən mallar daha ucuz qiymətə satılmalıdır: “Yəni Türkiyədən idxal Azərbaycana sərf eləməlidir. Misal üçün, Türkiyədə mənzillər ucuzlaşır və s. Bütün bunlara baxmayaraq Azərbaycanda qiymətdüşməsi real olaraq baş vermir. Buna səbəb isə ölkədə inhisarçılığın yüksək səviyyədə olmasıdır”.

 

Azər Mehdiyev Türkiyədə dolların məzənnəsinin bahalaşması nəticəsində kapital axını barədə  danışıb: “Belə olan halda Azərbaycandan Türkiyəyə doğru kapital axını baş verməlidir. Bizim hökumət kapital axınına kifayət qədər nəzarət edir. Yəni əgər bir axın reallaşarsa, bu, məmur sahibkarlığı səviyyəsində baş verə bilər”.

 

Qeyd: Türkiyədə dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib.

 

Nəzrin Cavid

Tarix: 23 Mart 2021, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin