BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi vəziyyət ləğv olunur

Ermənistan parlamentindəki ən böyük blok – “Mənim addımım” martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

 

“Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik”, - deyə A. Mirzoyan qeyd edib.

 

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.

 

APA

Tarix: 23 Mart 2021, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin