BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu universitetə qəbul olanlara "Niva" veriləcək

“Hər kəs bilməlidir ki, universitet tələbə üçündür. Tələbə olmasa universitet də yoxdur”.

 

Pravda.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

O bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) fərqlənən tələbələrə 200 manat, orta qiymətlərlə oxuyan tələbərə isə 100 manat təqaüd verir: “Universitet bu ildən maraqlı bir elan verib. Bu il 700 bal toplayan qız abituriyentlər bu universiteti seçərsə, onlara 15 min manat,  oğlanlara isə "Niva” markalı avtomobil hədiyyə olunacaq. Belə təcrübələr xaricdə var. Bunu Azərbaycandan görmək çox sevindirici haldır”. AzEdu.az

Tarix: 13 Yanvar 2020, 20:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin