BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahib Məmmədovun vəziyyəti ilə bağlı AÇIQLAMA

Bir müddət əvvəl koronavirusa yoluxan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır. 

Pravda.az xəbər verir ki, bu barədə onun oğlu Toğrul Məmmədli  REAL TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, atasının müalicəsi xəstəxanada davam edir: 

"Həkimlər əllərindən gələni edir.  Sadəcə onun yanaşı xəstəlikləri olduğuna görə COVİD-i daha ağır keçirir. Atamın vəziyyəti  heç də qənaətbəxş deyil".


Tarix: 23 Mart 2021, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin