BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: “Azərbaycanda əmək haqqı fondu 42% artıb”

“2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayı 153 min ədəd artıb”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

 

Onun sözlərinə görə, bu artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.

 

“Həmçinin islahatlar hesabına ötən il ölkədə əmək haqqı fondu 42,3% artıb. Orta aylıq əmək haqqında isə 52% artım baş verib”, - deyə o, qeyd edib.

Tarix: 13 Yanvar 2020, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin