BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəm Nərminə görə saxlanılıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 2019-cu ilin noyabrında itkin düşən, "Xəzər" televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan 10 yaşlı Nərmin Quliyevanın yanmış meyiti tapılıb.

 

Bu gün axşam saatlarında isə bəzi mətbuat orqanlarında aparıcı Xoşqədəm Hidayətqızının Nərminin işi ilə bağlı ifadə üçün polis bölməsinə çağırılması və orada da saxlanılması ilə bağlı məlumatlar gedib.

 

Aparıcının vəkili Tahir Əlirzayev yayılan məlumatların yalan olduğunu söyləyib: "Xoşqədəm xanımla 1 saat bundan öncə danışmışam. Onun saxlanılması ilə bağlı xəbərlər şayiədən başqa bir şey deyil".Sonxeber.az

Tarix: 14 Yanvar 2020, 00:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin