“Vaksinləşmə prosesində ədalətli bölüşdürülmənin və əlçatanlığın təmin edilməsi Azərbaycan dövləti və onun ali rəhbərliyinin prinsipial mövqeyidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, Azərbaycan Respublikası ümumbəşəri bəlaya çevrilmiş COVİD-19 pandemiyasına qarşı mübarizə prosesində həm milli, həm də regional və beynəlxalq səviyyələrdə çox ciddi addımlar atıb, prosesə böyük töhfələr verib: “Bildiyiniz kimi, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşləri Azərbaycanın təşəbbüsü ilə COVİD-19-a qarşı mübarizə məsələlərinə həsr olunmuşdu. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə çox sıx əməkdaşlıq kursuna sadiqdir və bu təşkilat tərəfindən dəfələrlə təşəkkür alıb. Həmçinin ÜST-ə ianə yardımı göstərib, Qoşulmama Hərakatının 30-dan çox dövlətinə bu istiqamətdə yardımlar edib. Yəni bütün bu fəaliyyət, eyni zamanda milli səviyyədə atılan addımlar beynəlxalq birlik, xüsusilə beynəlxalq birliyin ali universal təşkilatı olan BMT tərəfindən yüksək qiymətləndirilir və Cənab Prezidentin təşəbbüsü ilə martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının qəbul etdiyi məlum qətnamə də dediklərimizi bir daha təsdiqləyir”.

Elman Nəsirov
E.Nəsirov vurğulayıb ki, inkişaf etmiş dövlətlərin vaksinləşməni həyata keçirdiyi halda, kasıb dövlətlərin bu prosesdən kənarda qalması qəbuledilməzdir və ədalətsizlikdir: “Azərbaycan Prezidenti məhz bu kimi təşəbbüslərlə çıxış edir və təsadüfi deyil ki, Cənab Prezident çıxışlarının birində Kanadanın bu istiqamətdə atdığı addımları kəskin tənqid edib. Beləliklə, Kanada rəhbərliyinin öz əhalisinin sayından dəfələrlə çox vaksin alması bir çox digər kasıb dövlətlərin vaksinə əlçatanlığının təmin edilməyəcəyi anlamına gəlir. Hesab edirəm ki, məlum qətnamə bir daha ona dəlalət edir ki, Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizə prosesində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir”.
Deputatın sözlərinə görə, bu təşəbbüs çox ciddi beynəlxalq rezonansa səbəb olacaq: “Bu addım həmçinin bizim başqa bir məsələdə də mövqeyimizi gücləndirir. Ermənistan çox azsaylı dövlətlərdən biri, bəlkə də yeganə dövlətdir ki, bu təşəbbüslərin əleyhinə çıxış edir. Belə ki, pandemiyaya qarşı mübarizədə məhz Azərbaycanın təşəbbüslərini qoşulmur və onları inkar edir. Düşmənçiliyin səviyyəsinə baxın! Azərbaycanın bütün dünya, o cümlədən Ermənistanla bağlı olan ən unikal təşəbbüslərinin əleyhinə mövqe bildirir. Halbuki Cənubi Qafqazın pandemiya ilə bağlı məsələlərində də "qırmızı xətt"i məhz Ermənistandır. Azərbaycanın bu tarixi sınaq anındakı davranışı bütün dünyanın diqqət mərkəzindədir. Yəqin ki, pandemiya başa çatdıqdan sonra hər bir dövlətin siyasi rəhbərinin bu tarixi sınaq anındakı davranışı çox ciddi müzakirə mövzusuna çevriləcək. Həmin zaman bir daha sübut olunacaq ki, bu məsələdə də Azərbaycan nümunəvi dövlət kimi çıxış etdi, o cümlədən Azərbaycan Prezidenti dünyanın nümunəvi liderlərindən biri kimi özünü bir daha təsdiqlədi”.
Qeyd: BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus vaksinlərinin ədalətli paylaşdırılması ilə bağlı təşəbbüsü müzakirəyə çıxarılıb və qətnamə qəbul edilib. “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır.
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin