BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocalı cəlladının qaynı öldürüldü

Xocalı cəlladı olan erməni general, “Tuşenka Manvel” ləqəbli Manvel Qriqoryanın qaynı Aşot Əmiryanı avtomobil vuraraq öldürüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.

 

Agentlik “Shamshyan” kriminal xronika saytına istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi martın 25-i gecəsi baş verib. Eçmiədzin-Marqara magistral yolunun 2-ci kilometrliyində naməlum nömrəli avtomobil İrəvan sakini, 58 yaşlı Aşot Əmiryanı vurub.

 

Vurulan şəxs yerindəcə ölüb, sürücü isə hadisə yerindən qaçıb.

 

Aşot Əmiryan “Tuşenka Manvel”in arvadı Nazik Əmiryanın doğma qardaşıdır.

Tarix: 25 Mart 2021, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin