BURADA REKLAMINIZ OLA
BİLƏR

Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi

Göyçay rayonunda intihara cəhd olub.

 

Pravda.az-ın xəbərinə görə, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

 

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 25 Mart 2021, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin