BURADA REKLAMINIZ OLA
BİLƏR

Novavax Avropaya peyvənd göndərmək niyyətində deyil

Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

 

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib.

 

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib.

 

Tarix: 25 Mart 2021, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin