BURADA REKLAMINIZ OLA
BİLƏR

Liviya Milli Ordusunun komandiri atəşkəs haqqında razılığı imzalamadı

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar və Liviya Nümayəndələr Palatasının spikeri Akila Saleh İsa Liviyanın Milli Razılıq Hökuməti Faiz Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Liviyanın “LANA” xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

 

“Nümayəndələr Palatasının spikeri və Liviya Ərəb Silahlı Qüvvələrinin Baş Komandanı Tripolinin paytaxtında qeyri-konstitusional Milli Razılıq Hökumətinin başçısı Faiz Sarracla və onun heyəti ilə atəşkəs və ya qoşunların ordunun işğal etdiyi ərazilərdən çıxarılmasını təmin edən heç bir razılaşma imzalamadan Liviya istiqamətində Rusiyanın paytaxtı Moskvanı tərk edib”, - deyə mənbə bildirib.APA

Tarix: 14 Yanvar 2020, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin