BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

 

Daxilin İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “PlayStation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı E. Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix: 26 Mart 2021, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin